SİZİN REKLAM BURADA

Meydan rinqə dönəndə və ya məşhur futbolçuların davaları

PSJ-nin hücumçuları Edinson Kavani ilə Neymar arasında yaşanan insident son günlər dünya futbol ictimaiyyətinin gündəmindən düşmür. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, Fransa çempionatının VI turunda “Lion”la matçda (2:0) bu iki futbolçu arasında cərimə zərbələrini və penaltini yerinə yetirməklə bağlı narazılıq yaşanıb və nəticədə dava-dalaş düşüb.

 

Təbii ki, bu, eyni komandanın formasını geyinən futbolçular arasında yaranmış ilk mübahisə deyil. Neymarla Kavani yaxın keçmişdə baş vermiş futbol davalarını yenidən göz önünə gətirib. Həmin insidentlərin bir neçəsini təqdim edirik.

 

Zlatan İbrahimoviç – Oquçi Onyevu

Cütlük “Milan”ın formasını geyindiyi zaman əlbəyaxa olub. Ağlı başında olan bir insanın İbrahimoviçə hücum çəkməsi inandırıcı deyil. Ancaq Onyevu buna əl atıb. Əgər amerikalı müdafiəçi bunu edibsə, onun nəyə qadir olduğunu düşünmək çətin deyil. Həmin vaxt klub rəsmisi Adriano Qalliani məsələni “kiçik mübahisə” kimi qələmə versə də, heç də belə olmayıb. Zlatan hadisə ilə bağlı bunu demişdi: “Onyevu ilə davamız Qallianinin dediyi qədər kiçik mübahisə deyildi. Az qala bir-birimizi öldürəcəkdik. Hətta həmin davada zədə də almışdım”.

Frank Riberi – Aryen Robben

“Bavariya”nın liderləri Çempionlar Liqası matçında qarşı-qarşıya gəliblər. Meydanda çiyin-çiyinə çıxış edən ulduz futbolçular ondan kənarda rəqib olublar. Hadisə 2013-14 mövsümündə “Bavariya” – “Real” qarşılaşmasında baş verib. Oyunun gedişində mübahisə yaşayan cütlük paltardəyişmə otağında məsələni daha da böyüdüblər. Riberinin həmin davada Robbenə vurduğu yumruq hollandiyalının sifətini tanınmaz hala salıb.

Li Boyer - Kiron Dayer

Futbol tarixində nadir hallarda görünən dava... “Nyukasl” “Sent Ceyms Park”da “Aston Villa”nı qəbul edirdi. Epizodların birində meydan sahiblərinin oyunçuları arasında anlaşılmazlıq yaranıb ki, bu, Li Boyerlə Kiron Dayerin əlbəyaxa olmasına yol açıb. Azarkeşlər yaşıl meydanda futbola deyil, adıçəkilən oyunçuların simasında boks döyüşünə tamaşa ediblər. Getdikcə böyüyən davanı hər iki komandanın futbolçuları çətinliklə dayandırıblar. Baş hakim isə hər futbolçuları qırmızı vərəqə ilə meydandan qovub.

İbrahim Üzülməz – İbrahim Toraman

Türkiyə yığmasının sabiq üzvləri iki dəfə dalaşıblar. İlk dəfə “Beşiktaş”ın 2008-09 mövsümü öncəsi təlim-məşq toplanışında oyunçular bir-birilərinin gücünü yoxlayıblar. Futbolçuların da ayıra bilmədiyi cütlüyü baş məşqçi Ərtuğrul Sağlam güclə sakitləşdirib və hər ikisini əsas komandadan qovaraq, kapitanlıq sarğısını əllərindən alıb. 2010-11 mövsümündə “Ankaragücü” ilə qarşılaşmanın fasiləsində də ciddi mübahisə düşüb. “Beşiktaş” İbrahim Üzülməzin cinahından qol buraxdığı üçün adaşı onu söyüb və fasilədə paltardəyişmə otağında yumruqlar işə düşüb. İkinci hissədə meydana çıxmayan Üzülməzin müqaviləsi ləğv edilib və futbolçu karyerasını bitirib.

Roberto Mançini – Mario Balotelli

Roberto Mançini ilə Mario Balotellinin davası hələ də yaddaşlardadı. Bu mübahisənin digərlərindən fərqi baş rolda iki futbolçu yox, bir oyunçu və bir məşqçinin olmasıdı. Cütlük “Mançester Siti”də olanda Balotellinin məşq zamanı komanda yoldaşına qarşı kobudluğundan sonra Mançini ona sərt şəkildə xəbərdarlıq edib. Kiminsə yüksək səs tonu ilə üstünə qışqırmasına öyrəşməyən hücumçu da əsəblərinə hakim ola bilməyərək, məşqçinin üzərinə şığıyıb. Mario baş məşqçinin boğazından yapışaraq onu itələyib. Mançini də buna qarşılıq verib və oyunçusunu itələyərək onu uzaqlaşdırmağa çalışıb. Bu hadisə Balotellinin gələcək karyerasının daha da çətinləşməsinə səbəb olub.

Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 14 12 1 1 25-6 37

2.

Qəbələ

14 10 1 3 28-14 31

3.

Zirə 14 9 3 2 23-11 30

4.

Sumqayıt

14 6 2 6 17-17

20

5.

Neftçi

14

5 1 8 17-16 16

6

Səbail 14 4 1 9 9-21 13

7.

Keşlə

14

2 2 10 9-25 8

8.

Kəpəz

14 2 1 11 10-29 7
               

 

Top 10