SİZİN REKLAM BURADA

UEFA-dan yeni qərarlar

İsveçrənin Cenevrə şəhərində keçirilən UEFA-nın XIII Növbədənkənar Konqresi başa çatıb. Apasport.az saytının məlumatına görə, quruma üzv olan milli assosiasiyaların, o cümlədən də AFFA-nın təmsil olunduğu toplantıda bir sıra qərarlar qəbul olunub.

 

Andrea Anyelli (“Yuventus”) və İvan Qazidis (“Arsenal”) İcraiyyə Komitəsinə üzv kimi təsdiqlənib. Onlar komitədə Avropa Klublar Assosiasiyasını təmsil edəcəklər. Rusiyalı Aleksey Sorokin FİFA-nın Şurasına Avropa nümayəndəsi kimi seçilib. O, 2021-ci ilə qədər bu funksiyanı yerinə yetirəcək.

 

Bundan başqa, Xose Xuan Pinto Sala (İspaniya) İdman Arbitraj Məhkəməsi, Çarlz Dequara Maltadakı milli audit bürosu üzrə baş müfəttiş kimi təsdiqlənib. Tomas Xollerer (Avstriya) Apelyasiya, İvan Robba (Cəbəllütariq), Edvinas Eymontas (Litva), Neboyşa İvkoviç (Serbiya) Etika və İntizam Komitəsinə üzv seçilib. Sonra UEFA ilə Avropa Peşəkar Futbol Liqaları (EPFL) arasında sıx əməkdaşlıq barədə memorandum qəbul olunub. EPFL də gələcəkdə İcraiyyə Komitəsində bir yer alacaq.

 

Qeyd edək ki, növbəti Konqres 2019-cu il fevralın 7-də Romada keçiriləcək.

SIZIN REKLAM BURADA
Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 7 6 1 0 14-3 19

2.

Zirə

8

5 3 0 15-5 18

3.

Qəbələ

8

5 1 2 11-8 16

4.

Sumqayıt

8 3 1 4 8-11

10

5.

İnter

8

2 2 4 7-11 8

6

Neftçi 8 2 1 5 9-9 7

7.

Səbail

7

2 0 5 4-12 6

8.

Kəpəz

8 1 1 6 5-14 4
               

 

Top 10