SİZİN REKLAM BURADA

Gəncə stadionunun hazırkı durumu - FOTO

Gəncə şəhər stadionunun əsas meydançasının yenilənməsi prosesi davam edir. Apasport.az “Kəpəz”in saytına istinadən xəbər verir ki, meydançaya Hollandiya istehsalı olan lolium adlı ikinci toxum növü səpilib. 

 

Əkin işlərindən öncə toxumların inkişafını sürətləndirmək üçün xüsusi texniki qurğu vasitəsilə ilə havalandırma prosesi aparılıb. Daha sonra səpinə başlanıb. 8000 kv. metr ərazini əhatə edən sahəyə 300 kq toxum əkilib. Bu növ toxumlar soyuq havaya davamlı hesab olunur.

 

Stadionda işləri həyata keçirən SİS şirkətindən verilən məlumata görə, səpinin ardından meydançaya 35 ton qum verilib. Toxumların cücərməsi üçün bir həftə vaxt tələb olunur.

 

Qeyd edək ki, Gəncə şəhər stadionunun əsas meydançasının dəyişdirilməsi AFFA-nın vəsaiti hesabına aparılır.

 

Fotosessiya
Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 14 12 1 1 25-6 37

2.

Qəbələ

14 10 1 3 28-14 31

3.

Zirə 14 9 3 2 23-11 30

4.

Sumqayıt

14 6 2 6 17-17

20

5.

Neftçi

14

5 1 8 17-16 16

6

Səbail 14 4 1 9 9-21 13

7.

Keşlə

14

2 2 10 9-25 8

8.

Kəpəz

14 2 1 11 10-29 7
               

 

Top 10