[b]“Qarabağ”la oyun karyerama təsir edəcək”[/b]
20.09.2017 - 16:33
[b]“Qarabağ”la oyun karyerama təsir edəcək”[/b]

“Çempionlar Liqasında meydana çıxmışamsa, deməli, baş məşqçi mənə güvənir”. Apasport.az saytının məlumatına görə, bunu “Çelsi”nin müdafiəçisi Andreas Kristensen deyib.

 

Mönhenqladbax “Borussiya”sında 2 il icarə əsasında çıxış etdikdən sonra bu yay “Çelsi”yə qayıdan Danimarka millisinin üzvü sentyabrın 12-də Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”la keçirilən görüşdə 90 dəqiqə meydanda olub.

 

21 yaşlı oyunçu yerli mətbuata açıqlamasında Azərbaycan çempionu ilə matçın önəmindən bəhs edib: “Baş məşqçinin inamını qazanmaq hər bir futbolçu üçün çox sevindirici haldı. Bizim üzərimizə düşən bu etimadı meydanda doğrultmaqdı. “Qarabağ”la görüşü zəif keçirmədiyimi düşünürəm. Komanda şəklində güclü çıxış etdik və qələbə qazandıq. İnanıram ki, həmin matçdakı uğurlu oyunum “Çelsi”dəki gələcək karyerama da müsbət təsir edəcək. Çempionlar Liqası böyük və çətin turnirdi. Biz həm Premyer Liqada, həm də Çempionlar Liqasında sona qədər birincilik uğrunda yarışmaq istəyirik”.

 

Qeyd edək ki, “Stemford Bric”də baş tutan “Çelsi” – “Qarabağ” qarşılaşması birincilərin 6:0 hesablı qələbəsi ilə nəticələnib.

0