[b]Samir Abasov “Voyvodina”da[/b]
20.09.2017 - 16:48
[b]Samir Abasov “Voyvodina”da[/b]

“Sumqayıt”ın baş məşqçisi Samir Abasov UEFA-nın PRO kateqoriyalı məşqçi kurslarını uğurla başa vurması məqsədi ilə Serbiyaya yollanıb. Apasport.az klubun saytına istinadən xəbər verir ki, 39 yaşlı çalışdırıcı təcrübə proqramının növbəti mərhələsini “Voyvodina”nın düşərgəsində keçirəcək.

 

Bu, 18-21 sentyabr tarixlərini əhatə edəcək.

 

Qeyd edək ki, Abasovun rəhbərlik etdiyi “Sumqayıt” komandası Azərbaycan Premyer Liqasının cari mövsümündə 5 turdan sonra 7 xal toplayıb və turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. 

0