[b]Avro-2017: Dopinqdə “ilişən” oyunçunun əvəzinə Azərbaycan çempionu[/b]
20.09.2017 - 17:31
[b]Avro-2017: Dopinqdə “ilişən” oyunçunun əvəzinə Azərbaycan çempionu[/b]

Qadın voleybolçulardan ibarət Serbiya millisinin heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, komandanın baş məşqçisi Zoran Terziç Azərbaycan və Gürcüstanda keçiriləcək Avropa çempionatı üçün “14-lüy”ü müəyyənləşdirib.

 

O, bir qədər öncə dopinqdə “ilişən” Ana Antoniyeviçi “Telekom”la Azərbaycan çempionu titulunu qazanan Sladyana Mirkoviçlə əvəzləyib.

 

Toppaylayıcılar: Boyana Jivkoviç, Sladyana Mirkoviç

Hücumçular: Ana Byelitsa, Tiyana Boşkoviç, Bianka Buşa, Tiyana Maleşeviç, Brankitsa Mihayloviç, Boyana Milenkoviç

Blokçular: Mina Popoviç, Stefana Velykoviç, Yovana Stevanoviç, Milena Raşiç

Liberolar: Teodora Puşiç, Yelena Blaqoyeviç

 

Qeyd edək ki, Serbiya Avro-2017-nin oyunlarını Göygöldə keçirəcək. Onlar Çexiya, Hollandiya və Belçika ilə birgə D qrupunda yer alıblar. 

 

0