[b]Taekvondoçularımız Rabatda[/b]
20.09.2017 - 17:53
[b]Taekvondoçularımız Rabatda[/b]

Mərakeşin paytaxtı Rabatda taekvondo üzrə Qran-Pri turniri keçiriləcək. Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, sentyabrın 22-24-də baş tutacaq II mərhələdə Azərbaycan millisi də iştirak edəcək.

 

G4 kateqoriyalı yarışda ölkəmiz 8 taekvondoçu ilə təmsil olunacaq. Məşqçilər korpusu Qaşım Maqomedov (58 kq), Məhəmməd Məmmədov, Ayxan Tağızadə (hər ikisi 68 kq), Milad Beiqi Harçeqani (hər ikisi 80 kq), Ramin Əzizov, Radik İsayev (+80 kq), Patimat Abakarova (49 kq) və Fəridə Əzizovaya (67 kq) şans verəcəklər.

 

Qeyd edək ki, qalib idmançı aktivinə 40, ikinci yer 24, üçüncü pillənin sahibi 14,4 reytinq xalı əlavə edəcək. Qran-Pri turnirin növbəti mərhələsi Böyük Britaniyanın paytaxtı Londonda, final mərhələsi isə Fil Dişi Sahilinin paytaxtı Əbidcanda olacaq.

0