[b]Superkubok oyunu İstanbulda[/b]
20.09.2017 - 18:12
[b]Superkubok oyunu İstanbulda[/b]

2019-cu ildə UEFA Superkuboku oyununun hansı stadionda keçiriləcəyi bəlli olub. Apasport.az saytı xəbər verir ki, qarşılaşma Türkiyədə baş tutacaq.

 

Belə ki, İsveçrənin Nyon şəhərində keçirilən toplantıda 2 il sonra baş tutacaq Superkubok matçına “Beşiktaş”ın stadionu olan “Vodafon Park” arenanın ev sahibliyi edəcəyi açıqlanıb.

 

İstanbul şəhəri digər namizədlər Tirana, Tuluza, Hayfa, Astana, Belfast və Qdanskı üstələyərək, daha çox səs toplayıb.

 

Qeyd edək ki, Superkubok matçı Çempionlar Liqası və Avropa Liqasının qalibləri arasında keçirilir.

0