[b]“Real”a iki şad xəbər[/b]
20.09.2017 - 20:26
[b]“Real”a iki şad xəbər[/b]

Kristiano Ronaldo cəzasını başa vurub. Apasport.az saytının məlumatına görə, portuqaliyalı ulduz 5 oyunluq ayrılıqdan sonra yenidən komandası ilə birlikdə matça çıxa biləcək.

 

Belə ki, İspaniya Super Kubokunun ilk oyununda matçın hakimini itələdiyi üçün 5 oyunluq cəzaya məruz qalan futbolçu nəhayət bu gün oynanılacaq “Betis”lə görüşün iştirak ərizəsinə daxil edilib.

 

“Levante” ilə qarşılaşmada cəzalanan digər oyunçu Marselo da komandaya qayıdıb.

 

Qeyd edək ki, “Real” – “Betis” oyunu bu gecə saat 00:00-da start götürəcək.

0