[b]UEFA-da yeni vitse-prezident[/b]
20.09.2017 - 20:42
[b]UEFA-da yeni vitse-prezident[/b]

UEFA-nın yeni vitse-prezidenti bəlli olub. Apasport.az saytının məlumatına görə, qitənin ali futbol qurumunun bu gün İsveçrənin Nyon şəhərində keçirilən toplantısında ispaniyalı Anxel mariya Vilyarın yerinə kimin təyin olunacağına qərar verilib.

 

UEFA-nın prezidenti Aleksandr Çeferin bu vəzifəyə İtaliya Futbol Federasiyasının baş katibi Mikele Uvanın təyin edildiyini açıqlayıb.

 

Qeyd edək ki, Vilyar adı korrupsiya qalmaqalına hallandığı üçün istefa yollanmışdı. 

0