[b]Milli oyunçu dubl etdi, komandası növbəti mərhələdə[/b]
21.09.2017 - 01:08
[b]Milli oyunçu dubl etdi, komandası növbəti mərhələdə[/b]

Futbol üzrə Türkiyə Kubokunda III təsnifat mərhələsinin oyunları davam edir. Apasport.az saytının məlumatına görə, millimizin futbolçusu Dəniz Yılmazın çıxış etdiyi “Bursaspor” da turnirdə ilk matçına çıxıb.

 

“Yaşlı timsahlar” aşağı liqa təmsilçisi “Tarsus İdman Yurdu" ilə qarşılaşıb. Komanda inamlı qələbə ilə (4:0) və növbəti mərhələyə vəsiqə qazanıb.

 

Matça start heyətində başlayan və 90 dəqiqə meydanda olan Dəniz dublla yadda qalıb.

 

0