[b]Budaq Nəsirovun Portuqaliyada növbəti oyunu[/b]
21.09.2017 - 01:39
Portuqaliya Sequndasında VIII turun oyunlarına start verilib. Apasport.az saytının məlumatına görə, azərbaycanlı futbolçu Budaq Nəsirovun komandası “Sportinq”in B komandası növbəti matçına çıxıb.
“Zolqalılar” səfərdə "Aroka" ilə üz-üzə gəlib. Matç meydan sahibləri 2:0 hesabı ilə qalib gəlib.
Matça ehtiyat oyunçular skamyasında başlayan Budaq 62-ci dəqiqədə hesab 0:2 olarkən daxil olub.
Qeyd edək ki, 8 turdan sonra aktivində 10 xal olan "Sportinq" cədvəlinin 10-cu pilləsində qərarlaşıb.
0
0