[b]Avro-2017: “Azərbaycandan gözləntilər böyükdü”[/b]
21.09.2017 - 09:21
[b]Avro-2017: “Azərbaycandan gözləntilər böyükdü”[/b]

“Söhbət böyük yarışlarının keçirilməsindən düşdükdə, Azərbaycan böyük nüfuza malikdi. Bu, xüsusilə 2015-ci ildə baş tutan Avropa Oyunlarının təşkili ilə bağlıdı. Hər kəsin bu dəfəki yarışda da gözləntiləri böyükdü”. Apasport.az saytının məlumatına görə, bunu Avropa Voleybol Konfederasiyasının vitse-prezidenti Özkan Mutlugil deyib.

 

O, Azərbaycan və Gürcüstanda keçiriləcək Avropa çempionatı ilə bağlı fikirlərini açıqlayıb. Mutlugil Bakıda, Göygöldə və Tiflisdə təşkil olunacaq yarışın yaddaşlarda qalacağına inam ifadə edib: “Əminəm ki, birgə əməkdaşlıq göstərib, Avropa çempionatını yüksək səviyyədə keçirəcəyik. Cümə günü Bakıda anşlaq olacağına inanırıq. Ümid edirik ki, çempionatın sonrakı hissəsində də eyni hal müşahidə olunacaq. Hədəfimiz voleybolun populyarlığını təkcə Azərbaycan və Gürcüstanda deyil, bütün Avropada yüksəklərə qaldırmaqdı. Əminik ki, əməyimiz nəticəsində əla səviyyəli turnir izləyəcəyik”.

 

Qeyd edək ki, sabah Milli Gimnastika Arenasında olacaq açılış mərasiminə 4700 biletdən 4450-si satılıb. Avropa çempionatını 31 televiziya canlı nümayiş etdirəcək və onlara çəkiliş üçün lisenziya verilib. Çempionat ümumilikdə isə 119 ölkədə yayımlanacaq.  

0