[b]“Çelsi”nin rəqibi müəyyənləşdi[/b]
21.09.2017 - 10:27
[b]“Çelsi”nin rəqibi müəyyənləşdi[/b]

İngiltərə Liqa Kubokunda 1/16 final mərhələsinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasında “Qarabağ”ın rəqibi olan “Çelsi” də sonuncu oyun günündə meydana çıxıb.

 

“Nottingem”i qəbul edən “zadəganlar” asan qələbə qazanıblar. “Çelsi” ilə yanaşı, “Arsenal”, “Everton”, “Mançester Yunayted” və “Mançester Siti” də adını növbəti mərhələyə yazdırıb.

 

1/8 finalda “Çelsi” “Everton”la, “Lester” “Lids”lə, “Mançester Siti” “Vulverhempton”la, “Suonsi” “Mançester Yunayted”lə, “Arsenal” “Norviç”lə, “Tottenhem” “Vest Hem”lə, “Bristol Siti” “Kristal Pelas”la, “Bornmut” isə “Midlsbro” ilə üz-üzə gələcək. Bu mərhələnin oktyabrın 24-də keçiriləcək.

 

İngiltərə. Liqa kuboku

1/16 final mərhələsi

20 sentyabr

 

“Çelsi” – “Nottingem” – 5:1

Qollar: Kenedi, 12; Batşuayi, 18, 52, 85; Musonda, 39 – Darikva, 90+2

 

“Arsenal” – “Donkaster” – 1:0

Qol: Uolkott, 25

 

“Everton”- “Sanderlend” – 3:0

Qollar: Kalvert-Levin, 38, 51; Niasse, 83

 

“Mançester Yunayted” – “Barton” – 4:1

Qollar: Reşford, 5, 17; Linqard, 36; Martial, 60 – Dayer, 90+1

 

“Vest Bromviç” – “Mançester Siti” – 1:2

Qollar: Yakob, 71 – Sane, 3, 76

 

 

0