[b]“Real”da daha bir itki[/b] - FOTO
21.09.2017 - 10:31
[b]“Real”da daha bir itki[/b] - FOTO

“Real” daha bir itki ilə üzləşib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, müdafiəçi Marselo sıradan çıxıb.

 

La Liqanın V turunda “Betis”lə qarşılaşmanın 72-ci dəqiqəsində yerini Lukas Vaskesə buraxan ulduz futbolçunun budunun arxa əzələsində ağrı əmələ gəlib. Zədənin durumu ilə bağlı hələlik məlumat verilməsə də, adətən belə vəziyyətlərdə futbolçular 2 həftə futboldan kənarda qalırlar.

 

Digər sol cinah müdafiəçisi Teo Ernandesin də çiynindəki zədəyə görə 2 həftəlik sıradan çıxması baş məşqçi Zinəddin Zidanı narahat etməyə bilməz. Fransalı mütəxəssis “Alaves”lə növbəti tur matçında Naçoya sol cinahda şans verməyi düşünür.

 

Qeyd edək ki, “Real”ın yarımmüdafiəçisi Mateo Kovaçiç və hücumçusu Kərim Benzema da zədə üzündən kollektivdən ayrı qalıblar.

0