[b]“Sumqayıt” – “Qarabağ” matçının məkanı dəyişdi[/b]
21.09.2017 - 11:04
[b]“Sumqayıt” – “Qarabağ” matçının məkanı dəyişdi[/b]

Azərbaycan Premyer Liqasının VI turunda keçiriləcək “Sumqayıt” – “Qarabağ” matçının məkanı dəyişdirilib. Bu barədə məlumatı apasport.az saytına Peşəkar Futbol Liqasının (PFL) Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev verib.

 

Sabah baş tutacaq görüş öncədən nəzərdə tutulduğu kimi Sumqayıtda deyil, Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq. Buna səbəb Ağdam təmsilçisinin “Roma” ilə Çempionlar Liqası qarşılaşması öncəsi təbii örtükdə oynamaq istəməsidi.

 

Son çempionun müraciətinə rəqib komanda da müsbət cavab verincə, PFL “Qarabağ”ı ev sahibi edib. Dəyişikliyə əsasən, “Sumqayıt” IV dövrədə “Qarabağ”ı öz meydanında qəbul edəcək.

 

"Qarabağ"ın mətbuat xidmətindən saytımıza verilən məlumata görə, sabahkı oyunun saatında hər hansı bir dəyişiklik edilməyib. Görüşün start fiti 19:00-da veriləcək.

0