[b]İkinci dəfə xərçəngə qalib gəldi, futbola qayıtdı[/b]
21.09.2017 - 12:10
[b]İkinci dəfə xərçəngə qalib gəldi, futbola qayıtdı[/b]

“Atletik”in müdafiəçisi Yeray Alvarez ikinci dəfə xərçəng xəstəliyinə qalib gəlib. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, 22 yaşlı oyunçu tezliklə komandaya qoşulacaq.

 

Ötən ilin dekabrında testis xərçənginə yoluxduğu üçün müayinə olunan və məşqlərə başlayan Alvarezin qısa müddət sonra xəstəliyi yenidən büruzə vermişdi. Kimyaterapiya müalicəsi alan futbolçunun tamamilə sağaldığı açıqlanıb. Yaxın günlərdə xəstəxanadan çıxacaq “Atletik”in üzvü ardından komanda ilə məşqlərə başlayacaq.

 

Qeyd edək ki, Yeray Alvarez müalicə aldığı vaxt “Atletik”in bütün futbolçulara saçlarını qırxdıraraq, ona dəstək nümayiş etdirmişdilər.

0