[b]Liderlərin ev sınağı[/b]
21.09.2017 - 12:52
[b]Liderlərin ev sınağı[/b]

Sabah Azərbaycan Premyer Liqasında VI tura start veriləcək. Apasport.az saytının məlumatına görə, üç gün davam edəcək turun ilk iki oyun gününün qarşılaşmaları paytaxtda baş tutacaq. Tur ilk üç pillədə qərarlaşan komandaların öz meydanında oynaması ilə diqqət çəkir.

 

Bu, iki matçın yerinin dəyişdirilməsi ilə bağlıdı. Əslində, turun yalnız bir oyunu paytaxtda baş tutmalı idi. Lakin “Kəpəz”lə “Sumqayıt”ın ev görüşlərinin yeri dəyişdirilib. Elə buna görə də yalnız son oyun günündə Bakıdan kənarda qarşılaşma baş tutacaq.

 

Tura Tofiq Bəhramov adına Respublika stadionunda start veriləcək. Ardıcıl 7 çempionat oyununda xal itirməyən “Qarabağ” “Sumqayıt”ı qəbul edəcək.

 

Çempionlar Liqasının “Roma” ilə ev matçına yüksək əhval-ruhiyyədə çıxmaq əzmində olan ağdamlılar bir günlük liderliyə yüksələ bilər. Bunun üçün Qurban Qurbanovun yetirmələri qalib gəlməlidi. Qonaqlar isə həm potensial lideri büdrətmək, həm də bir pillə irəliləmək üçün mübarizə aparacaq.

 

İkinci oyun gününün ilk matçında “Səbail” “Kəpəz”i sınağa çəkəcək. Qələbə həsrətində olan sonuncular paytaxt səfərində xal qazanmağa çalışacaq. Şahin Diniyevin yetirmələri heç-heçə ilə 1, qələbə ilə 2 pillə irəliləmək imkanına malikdi.

 

Autsayderə xal vermək niyyətindən uzaq olan debütant isə 2-ci qələbə üçün “döyüşəcək”. Son sıralardan uzaqlaşmaq, ortabablarla xal fərqini azaltmaq üçün Samir Əliyevin yetirmələri xal itirməməlidi.

 

Turun mərkəzi görüşü Zirədə keçiriləcək. Çempionatın sürpriz lideri “Zirə” “İnter”i qəbul edəcək. Paytaxt derbisinin hər iki iştirakçısı turnir cədvəlinin ilk yarısında qərarlaşdığından matça kifayət qədər maraq var.

 

Avrokuboklarda çıxışını erkən başa vuran rəqiblər tamamilə çempionata kökləndiyindən qarşılaşmaya 3 xal üçün çıxacaq. “Zirə” mövqeyini möhkəmlətmək, “Qarabağ” qalib gəlsə, qaytarmaq üçün qələbə qazanmağa çalışacaq. Ayxan Abbasovun yetirmələrinə ilk məğlubiyyəti yaşatmaq iddiasında olan “İnter” isə liderlərdən uzaq düşməmək üçün qalib gəlməlidi.

 

Bütün görüşləri “CBC Sport”kanalı ilə canlı yayımlanacaq tura Qəbələdə yekun vurulacaq. Tarixinin ən uğursuz dövrünü yaşayan “Neftçi” Tərlan Əhmədovun rəhbərliyi altında ilk səfərinə çıxacaq. Çempionatda 7 matçdı qələbə qazana bilməyən qonaqlar azarkeşlərini sevindirmək üçün iddialı rəqibini büdrətməlidi.

 

Roman Qriqorçukun yetirmələri isə ardıcıl ikinci qələbə ilə durumunu daha da yaxşılaşdıra bilər. Əyalət klubunun bu tur irəliləməsi inandırıcı görünməsə də, “qırmızı-qaralar” xal hesabını artırmaq üçün mübarizə aparacaq.

 

Azərbaycan Premyer Liqası

VI tur

22 sentyabr (cümə)

19:00. “Qarabağ” - “Sumqayıt”
Tofiq Bəhramov adına Respublika stadionu
 

23 sentyabr (şənbə)

17:30. “Səbail” -  “Kəpəz”
“Dalğa Arena”
 

20:00. “Zirə” – “İnter”
Zirə İdman Kompleksinin stadionu

24 sentyabr (bazar)

18:00. “Qəbələ” – “Neftçi”
Qəbələ şəhər stadionu

 

1.

Zirə

5

4

1

0

11-4

13

2.

Qarabağ

4

4

0

0

8-2

12

3.

Qəbələ

5

3

1

1

8-5

10

4.

İnter

5

2

1

2

6-6

7

5.

Sumqayıt

5

2

1

2

5-6

7

6

Səbail

4

1

0

3

3-6

3

7.

Neftçi

5

0

1

4

2-7

1

8.

Kəpəz

5

0

1

4

3-10

1

 

Bombardirlər: Mahir Mədətov ("Qarabağ"), Vüsal İsgəndərli ("Zirə"), Riçard Qadze ("Zirə") – 3.

 

 

0