[b]“Ümid edirəm ki, biz də həmin matçın iştirakçısı olacağıq” – Dieqo Simeone[/b]
21.09.2017 - 12:59
[b]“Ümid edirəm ki, biz də həmin matçın iştirakçısı olacağıq” – Dieqo Simeone[/b]

“Futbolçularımız arasında güclü rəqabət var və bu, komandanın xeyrinədi”. Apasport.az saytı xəbər verir ki, bu sözləri “Atletiko”nun baş məşqçisi Dieqo Simeone deyib.

 

Çempionlar Liqasında (ÇL) “Qarabağ”ın rəqibi olan Madrid təmsilçisi İspaniya çempionatının V turunda “Atletik”in qonağı olub. Simeonenin yetirmələri meydanı 2:1 hesablı qələbə ilə tərk ediblər.

 

Matçdan sonra “Marca”ya danışan argentinalı çalışdırıcı nəticəni şərh edib: “Bu görüşdə qalib gəlmək bizim üçün vacib idi. Çünki digər nəticə komandanın tempini aşağı salacaqdı. Mən isə bunun baş verməsini istəmirdim”.

 

Simeone 2019-cu ildə ÇL-in final görüşünün “Atletiko”nun stadionu “Vanda Metropolitano”da keçiriləcəyinə də toxunub. O, 2 il sonra baş tutacaq həlledici qarşılaşmanın iştirakçısı olmaq istəyini gizlətməyib: “Yeni arenamız Çempionlar Liqasının finalına ev sahibliyi edəcək. Buna görə çox şadıq. Ümid edirəm ki, həmin matçın iki iştirakçısından biri biz olacağıq”.

 

Qeyd edək ki,  “Vanda Metropolitano” arenası Bakı Olimpiya Stadionu (BOS) ilə mübarizədə qalib gələrək, bu hüquqa yiyələnib. BOS isə 2019-cu ildə Avropa Liqasının finalına ev sahibliyi edəcək.

 

 

0