[b]Sadıq Sadıqov gənc cüdoçularla görüşdü - FOTOSESSİYA[/b]
21.09.2017 - 13:25
[b]Sadıq Sadıqov gənc cüdoçularla görüşdü  - FOTOSESSİYA[/b]

Bu gün Azərbaycan Cüdo Federasiyasında Sloveniyanın Maribor şəhərində gənclər arasında cüdo üzrə Avropa çempionatında böyük uğur qazanan cüdoçularımız və millinin məşqçi heyətilə görüş keçirilib. Apasport.az federasiyanın saytına istinadən xəbər verir ki, Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov gənc idmançılarımızı təbrik edərək, onlara qarşıdan gələn yarışlarda uğurlar arzulayıb.

 

O, cüdo tariximizdə ilk dəfə olaraq millimizin komanda yarışlarında çempion olmasını xüsusi qeyd edib. 

 

Sonra gənclərdən ibarət yığma komandamızın baş məşqçisi Elçin İsmayılov, Avropa çempionu Hidayət Heydərov çıxış edərək onlara göstərilən diqqət və qayğıya görə federasiya rəhbərliyinə təşəkkürlərini bildiriblər və oktyabr ayında Xorvatiyada keçiriləcək dünya çempionatında da uğurlu çıxışlarını davam etdirərək göstərilən etimadı doğruldacaqlarına söz veriblər. 

 

Qeyd edək ki, Sloveniyada gənclər arasında cüdo üzrə Avropa çempionatında yığmamız 3 qızıl, 2 gümüş və 2 bürünc qazanaraq, medalların əyarına görə kişilərin komanda hesabında birinci yeri tutub, komanda yarışlarında isə bütün rəqiblərinə qalib gələrək Avropa çempionu olub.

0