[b]AÇ-2024 Almaniyaya verilib?[/b]
21.09.2017 - 13:34
[b]AÇ-2024 Almaniyaya verilib?[/b]

2024-cü ildə Avropa çempionatının final mərhələsinin hansı ölkədə keçiriləcəyi müəyyənləşib. Apasport.az saytı xəbər verir ki, bu iddia ilə Almaniyanın yüksək tirajlı “Bild” nəşri çıxış edib.

 

Məlumatda qeyd edilib ki, bağlı qapılar arxasında aparılan danışıqlardan sonra qitə birinciliyinin Almaniyada keçirilməsi razılaşdırılıb. Belə ki, Almaniya Futbol İttifaqının prezidenti Reynhard Qrindellə UEFA rəhbəri Aleksander Çeferin görüşərək, məsələni həll ediblər. Qrindelin bir neçə dəfə “AÇ-2024 bizimdi” açıqlamasını verməsindən narahat olan Çeferin ona ehtiyatlı olmağı tapşırıb. Yalnız bundan sonra almaniyalı futbol adamı fərqli fikirlər səsləndirməyə başlayıb.

 

Xəbərdə almanların UEFA-ya üzv olan 17 ölkə ilə təmasda olduğu da vurğulanıb. Həmçinin səsvermə hüququ olan Avropa Klublar Birliyinin üzvləri İngiltərə və İtaliya nümayəndələri də almanların lehinə əl qaldıracaqlar. Əvəzində almanlar AÇ-2028 üçün İtaliyanı, dünya çempionatlarından birinə namizədlik zamanı da İngiltərəni dəstəkləməyə söz veriblər.

 

Qeyd edək ki, AÇ-2024-ün ev sahibliyinə digər namizəd ölkə Türkiyədi.

0