[b]“Qələbə qazanmağa tam hazırıq” – Famil Ağayev[/b]
21.09.2017 - 14:47
[b]“Qələbə qazanmağa tam hazırıq” – Famil Ağayev[/b]

Azərbaycanda və Gürcüstanda keçiriləcək qadın voleybolçular arasında Avropa çempionatından öncə məşqçilər və kapitanlar KİV nümayəndələrin suallarını cavablandırıblar. Apasport.az saytının məlumatına görə, Bakıda A qrupunda mübarizə aparacaq millimizin məşqçisi Famil Ağayev də komandanın hazırkı durumunu və şansları dəyərləndirib.

 

- Komandanın hazırlığı və hədəfiniz barədə nə deyə bilərsiz?

- Avropa çempionatına yaxşı hazırlaşmışıq. 2,5 aydı təlim-məşq toplanışındayıq. Yoldaşlıq matçları keçirmişik və oyunlara tam hazırıq. Ölkəmizdə öz azarkeşlərimiz qarşısında oynayacağıq. Bu, böyük bir dəstəkdi. Rəqiblərimizin hamısı güclüdü. Qrupumuzda da hansınısa fərqləndirə bilmərəm. Hamısı güclüdü. Amma oynamaq, savaşmaq lazımdı. Qaldı ki, qələbə qazanmağa, buna da biz tam hazırıq.

 

- Ev sahibi bizik. Azarkeşlərin istəyi də böyük ola bilər. Komandanız bunu edə biləcək gücdədimi?

- Əlbəttə, komandaya, gücümüzə inanıram. Hər şey oyundan asılıdı. Öncədən deyə bilmərəm ki, kim qələbə qazanacaq, kim məğlub olacaq. Hər şeyi oyun göstərəcək.

 

- I Avropa Oyunlarında yaxşı çıxış etsəz də, 4-cü yeri tutduz. Məhz bu amil qorxutmur ki, bunu bir daha yaşaya bilərsiz.

- Həmin nəticələr geridə qaldı. Biz irəli baxmalıyıq. Sabahdan da yarışlar başlayır və çalışacağıq ki, yaxşı çıxış edək.

 

- Millimizin lideri Natalya Məmmədovanın komandaya qayıtması nə dərəcədə əsas amildi?

- Onun qayıdışı komandaya çox böyük koməkdi. Çox güclü bir oyunçudu. Hazırda da yaxşı formadadı və milliyə kömək edir.

 

- Bəs Yelizaveta Səmədovanın hazırkı durumu necədi?

- Düzdü, o, bir qədər öncə zədə aldı. Amma artıq zədədən qayıdıb. Deyərdim ki, tam 100 faiz formada deyil. Bunu 75-80 faizlə qiymətləndirmək olar. Amma hazırdı.

 

- Dünya çempionatının seçmə mərhələsi ilə müqayisə etsək, həmin formadadı, yoxsa bir qədər zəifləyib?

- Bir qədər zəifləyib. Amma hazırda çalışırıq ki, o, komandaya kömək etsin.

 

- Bəs sizi komandada hansı mövqe narahat edir və tapşırıq vermisiz ki, bunlara xüsusi diqqət yetirmək lazımdı?

- Əsas top qəbuluna üstünlük veririk. Çünki bunda bir qədər çətinliyimiz olur. Amma çalışıb bunun üzərində çox işlədik ki, aradan qaldıraq. Hər şey yaxşı olacaq.

 

- Toppaylayıcı mövqeyində hansı voleybolçuya şans verməyi düşünürsüz? İlk olaraq kim nəzərdə tutulub?

- Bu mövqedə Kristina Yaqubova və Şəfaqət Həbibovadı. Son ana kimi buna qərar verməmişik. Hər halda, Şəfaqətin zədəsindən sonra üstünlük Kristinaya verilir. Səhər də yəqin onunla başlayarıq. Lakin bununla bağlı qərarı baş məşqçi verəcək.

 

- Yəni real vəziyyətdə Yaqubovaya üstünlük veriləcək?

- Bəli.

 

- Qrupdakı rəqiblərimizi necə dəyərləndirərdiz?

- Bizlə oynayacaq, Almaniya, Polşa və Mararıstan güclüdü. Çünki rəqibi zəif görmək olmaz. Bu səbəbdən də bütün rəqiblərə ciddi yanaşırıq.

 

- Təbii ki, ilk növbədə qrup mərhələsində uğur qazanmalıyıq. Sizi “dördlük”də hansı yer qane edəcək?

- İstərdik ki, qrupda birinci yerin sahibi kimi mərhələ adlayaq. 

0