[b]Dario Srnada dopinq tapıldı[/b]
21.09.2017 - 16:13
[b]Dario Srnada dopinq tapıldı[/b]

Donetsk “Şaxtyor”unun müdafiəçisi Dario Srnada dopinq aşkarlanıb. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, xorvatiyalı futbolçu ağır cəza ala bilər.

 

Çempionlar Liqasının qrup mərhələsinin “Napoli” ilə (2:1) ilk tur matçından sonra dopinq-testdən keçən 35 yaşlı sağ cinah oyunçusunun nəticəsinin müsbət olduğu müəyyənləşib. Veteran futbolçudan ikinci dəfə nümunə götürüləcək və yenə eyni nəticə üzə çıxsa, Srna uzun müddət yaşıl meydanlardan kənarda qala bilər.

 

Qeyd edək ki, Dario Srna 2003-cü ildən “Şaxtyor”un formasını geyinir.

0