[b]“Mançester Yunayted”dən rekord göstərici[/b]
21.09.2017 - 17:43
[b]“Mançester Yunayted”dən rekord göstərici[/b]

“Mançester Yunayted”in keçən mövsümdəki gəliri açıqlanıb. Apasport.az saytı “Daily Mail” nəşrinə istinadən xəbər verir ki, “mankunianlar”ın 2016/2017 mövsümündəki qazancı 581 milyon funt-sterlinq olub.

 

Bu, klubun tarixi ərzində rekord göstəricidi. Ötən mövsümdə “Mançester Yunayted”in mənfəəti 80,8 milyon funt-sterlinqi əhatə edib.

 

Halbuki 2015/2016 mövsümündə İngiltərə klubunun qazancı 515,3 milyon, mənfəəti isə 68,9 milyon avroya bərabər olmuşdu.

 

Cari mövsümdə isə klubun gəlirinin 575-585 milyon funt-sterlinq olacağı ehtimal edilir.

 

 

0