[b]“Zirə” - “İnter” oyununun hakimləri açıqlandı[/b]
21.09.2017 - 18:06
[b]“Zirə” - “İnter” oyununun hakimləri açıqlandı[/b]

Azərbaycan Premyer Liqasında VI turun oyunları üçün bütün təyinatlar açıqlanıb. Apasport.az saytının məlumatına görə, “Zirə” və “İnter” arasında turun mərkəzi oyunu İnqilab Məmmədova tapşırılıb.

 

FİFA referilərindən yalnız Rəhim Həsənov baş hakim kimi təyinat alıb. O, “Səbail”lə “Kəpəz”in matçını idarə edəcək. Əliyar Ağayevlə Ömər Paşayev isə bu turda dördüncü hakim kimi iş başında olacaq.

 

Azərbaycan Premyer Liqası

VI tur

22 sentyabr (cümə)

19:00. “Qarabağ”-“Sumqayıt”
Hakimlər: Orxan Məmmədov, Mübariz Haşımov, Vüqar Bayramov, Əliyar Ağayev
AFFA nümayəndəsi: Seymur Səlimli
Hakim-inspektor: Məhəmməd Məmmədov
Tofiq Bəhramov adına Respublika Stadionu


23 sentyabr (şənbə)

20:00. “Zirə” – “İnter”
Hakimlər: İnqilab Məmmədov, Yaşar Abbasov, Nahid Əliyev, Ramil Diniyev
AFFA nümayəndəsi: Zamiq Hüseynov
Hakim-inspektor: Əhmədağa Cabbarov
Zirə İdman Kompleksinin stadionu


17:30. “Səbail” -  “Kəpəz”
Hakimlər: Rəhim Həsənov, Zeynal Zeynalov, Cavanşir Yusifov,  Rauf Cabbarov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Hakim-inspektor: Fazil Mürşüdov
“Dalğa Arena”


24 sentyabr (bazar)

18:00. “Qəbələ” – “Neftçi”
Hakimlər: Fariz Yusifov, Azər Əsgərov, Elman Musayev, Ömər Paşayev
AFFA nümayəndəsi: Nüvər Xasıyev
Hakim-inspektor: Murad Məmmədov
Qəbələ şəhər stadionu

0