[b]“İnter”də argentinalı futbolçu[/b]
21.09.2017 - 19:34
[b]“İnter”də argentinalı futbolçu[/b]

İtaliyanın “İnter” klubu heyətini yeni oyunçu cəlb edib. Apasport.az saytının məlumatına görə, Milan təmsilçisi hücumçuyla güclənib.

 

“Neradzurra” “Boka Xuniors”un 17 yaşlı futbolçusu Fakundo Kolidionu transfer edib. Bu barədə İtaliya mətbuatı xəbər yayıb.

 

Kolidio ilə 3 illik müqavilə bağlanıb. Hücumçu üçün “Boka Xuniors”a 6 milyon avro ödəniləcək.

 

Qeyd edək ki, gənc futbolçu “İnter”in gənclərdən ibarət komandasında çıxış edəcək.

0