[b]TFF-dən ağır cəza: 8 klubun xalı silindi[/b]
21.09.2017 - 21:25
[b]TFF-dən ağır cəza: 8 klubun xalı silindi[/b]

Türkiyənin bəzi klubları ciddi cəzaya məruz qalıblar. Apasport.az saytının məlumatına görə, Türkiyə Futbol Federasiyası (TFF) ölkənin ən üst üç liqasında yarışan klublara həm milli, həm də beynəlxalq lisenziyaların verilməsi ilə bağlı qərarını açıqlayıb.

 

Bəzi komandalar qoyulan şərtləri yerinə yetirə bilməyərək beynəlxalq lisenziya almayıblar. Hətta bəzi klublar onlara vaxt qoyulmasına rəğmən şərtlərə əməl emədikləri üçün ciddi cəzaya məruz qalıblar.

 

Belə ki, TFF 8 klubun - “Balıkesirspor”, “Bucaspor”, “Əskişəhərspor”, “Qaziantepspor”, “Karşıyaka”, “Kocaeli Birlikspor”, “Manisaspor” və “Mersin İdmanyurdu”nun hesabından 3 xal silib.

0