[b]“Azərbaycanla oynamaq çox çətin olacaq” – Polşa millisinin kapitanı[/b]
22.09.2017 - 00:49
[b]“Azərbaycanla oynamaq çox çətin olacaq” – Polşa millisinin kapitanı[/b]

“Komandamızın yarısından çoxu üçün Avropa çempionatı ilk böyük turnir olacaq. Yaxşı təcrübə qazanmaq şansımız var”. Apasport.az saytının məlumatına görə, bu sözləri voleybol üzrə qadınlardan ibarət Polşa milli komandasının kapitanı Joanna Volosz deyib.

 

Azərbaycan və Gürcüstanın birgə təşkil edəcəyi qitə birinciliyində millimizin də yer aldığı A qrupunda mübarizə aparacaq polyakların oyunçusu çempionat haqqında fikirlərini səsləndirib: “Beş aydır birlikdə olan kollektivimiz özünü ən yaxşı tərəfdən göstərməyə çalışacaq. Ancaq öz oyunlarımıza fokuslanmışıq. Əgər hər şey istədiyimiz kimi getsə, əla voleybol olacaq. Güclü rəqiblərlə qarşı-qarşıyayıq, burda zəif komanda yoxdu. Almaniya güclü texnikaya malik səliqəli kollektivdi və illərdi ki, eyni oyunçularla çıxış edirlər. Azərbaycan doğma meydanda oynayır və onlara qarşı oynamaq çox çətin olacaq. Macarıstanla isə keçən il Avropa çempionatının seçmə mərhələsində iki dəfə qarşılaşmışıq. Bu dəfə fərqli komanda olduğumuzu göstərməyə çalışacağıq. Bu turnirdəki hər matç daha yaxşı oynamaq üçün bir şans olacaq”.

 

Qeyd edək ki, A qrupunda oyunlar bu gün başlayacaq. İlk görüşdə millimiz Macarıstan, Polşa isə Almaniya ilə qarşılaşacaq.

0