[b]Azərbaycanlı futbolçu oynadı, komandası dayandı[/b]
22.09.2017 - 01:24
Rusiya Kubokunda 1/16 final mərhələsinin oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, azərbaycanlı futbolçu Samir Məsimovun komandası “Fakel” də ilk oyununu keçirib.
Komanda doğma meydanda “Amkar”la üz-üzə gəlib. Görüş qonaqların 4:0 hesablı darmadağını ilə yekunlaşıb. Matça start heyətində başlayan Samir meydanda olduğu 65 dəqiqə ərzində komandasının mübarizəni dayandırmasına əngəl ola bilməyib.
0
0