[b]Avro-2017: Millimiz asan qələbə ilə başladı - YENİLƏNİB[/b]
22.09.2017 - 20:30
[b]Avro-2017: Millimiz asan qələbə ilə başladı - YENİLƏNİB[/b]

Bu gün qadın voleybolçular arasında Avro-2017-yə start verilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan və Gürcüstanda təşkil olunan qitənin ən mötəbər yarışında yığmamız oyunlarını Bakıda keçirir.

 

A qrupunda yer alan Faiq Qarayevin yetirmələri ilk turda Macarıstan millisini sınağa çəkib. Görüşdə favorit hesab olunan voleybolçularımız ümidləri doğrulda biliblər. Komandamız 3:0 hesablı qələbəyə sevinib.

 

İlk setdə uzun müddət geridə olan komandamız sonradan toparlanaraq hissəni qələbə ilə başa vurub. Rəqibin gücü isə bundan sonra tükənib. Digər iki setdə rahat oynayan və asan qalib gələn millimiz yekunda darmadağına imza atıb. 

 

Qeyd edək ki, qrupumuzun digər görüşündə Polşa Almaniya ilə üz-üzə gələcək.

 

Avro-2017

Qrup mərhələsi

A qrupu

I tur

 

Macarıstan – Azərbaycan - 0:3 (23:25, 14:25, 16:25)

Hakimlər: Harald Sodya (Avstriya), Jakub Nederhoed (Hollandiya)

Bakı. Milli Gimnastika Arenası

 

Macarıstan: 1. Qreta Szakmari, 2. Fruşina Tot, 3. Renata Şpin, 5. Kata Czina, 8. Jujanna Talas, 9. Bernadett Dekani, 11. Nikolett Sus, 13. Lilla Villam, 14. Edina Dobi, 15. Rita Liliom, 16. Viktoriya Naqi, 17. Reka Bleyçer, 21. Kata Török

Baş məşqçi: Alberto Salomoni

 

Azərbaycan: 1. Ceyran Əliyeva, 2. Kseniya Poznyak, 5. Odina Bayramova, 6. Ayşən Abduləzimova, 7. Olena Həsənova, 8. Yelizaveta Səmədova, 9. Natalya Məmmədova, 10. Yana Kulan, 11. Yekaterina Jidkova, 12. Valeriya Məmmədova, 14. Kristina Yaqubova, 15. Aynur Kərimova, 17. Polina Rəhimova, 18. Şəfaqət Həbibova

Baş məşqçi: Faiq Qarayev

0