[b]“Çəkimi azaldıb, “Real”a qayıtmağa hazıram” - Ronaldo[/b]
22.09.2017 - 09:57
[b]“Çəkimi azaldıb, “Real”a qayıtmağa hazıram” - Ronaldo[/b]

Braziliya yığmasının sabiq üzvü Ronaldo maraqlı açıqlaması ilə diqqət mərkəzinə düşüb. Apasport.az saytı xəbər verir ki, Madrid “Real”ı haqda danışan “Yekədiş” karyerasını bərpa etməyə hazır olduğunu bildirib.

 

AS nəşrinə açıqlama verən əfsanəvi futbolçu sabiq komandasını tərifləyib. Bununla belə, o, ehtiyac olacağı təqdirdə, məşqlərə başlayıb, “Real”a qayıda biləcəyini istisna etməyib: “Real”da qol vuran futbolçu çoxdu. Onların Kriştianu Ronaldo və Kərim Benzema kimi hücumçuları var. Əminəm ki, qarşıdakı oyunlarda bu baxımdan problemlə üzləşməyəcəklər. Əksi olsa, çəkimi azaldıb, qayıtmağa hazıram”.

 

Ronaldo “Kral klubu”nun son illərdəki uğurlarına da toxunub: “Real” nəyə qadir olduğunu həmişə göstərib. Komanda son illərdə də yaxşı nəticələrə imza atıb. Ötən mövsümdə də Çempionlar Liqasının qalibi olmağı bacardılar. Cari mövsüm isə yeni start götürüb”.

 

Qeyd edək ki, Ronaldo 2002-2007-ci illərdə “Real”ın formasını geyinib. O, “qalaktikos”un heyətində 177 oyunda 104 qola imza atıb.

 

 

0