[b]Praqa – Bakı: 68 illik tarix - LAYİHƏ[/b]
22.09.2017 - 13:15
[b]Praqa – Bakı: 68 illik tarix - LAYİHƏ[/b]

Apasport.az saytı AFFA yanında Media Komitəsinin layihə müsabiqəsinin qaliblərindən olan “Voleybol: tarixi zəfərlər və gələcəyə baxış. Prioritetlər: Azərbaycanda voleybolun ənənələri, inkişaf mərhələləri və klub voleybolunun tənəzzülü” istiqaməti üzrə silsilə yazılara yekun vurur. Ölkə voleybolunu daim diqqətdə saxlayan “apasport” “Azərbaycan voleybolu: Müstəqilliyin 25 ili” layihəsinin sonuncu yazısında bu gün Azərbaycan və Gürcüstanda start götürəcək Avropa çempionatının tarixinə səyahət edəcək.

 

Avropa çempionatları ilə bağlı vacib qərar

Voleybol uzaq XIX əsrdə yaransa da, bu idman növünün azarkeşləri rəsmi beynəlxalq turnirləri çox gözləməli olub. Belə ki, ölkələr arasında əlaqələrin lazımı səviyyədə qurmaq üçün heç bir təşkilat yaradılmayıb. Bu addım kifayət qədər gec – II Dünya Müharibəsindən sonra atılıb. 1947-ci il aprelin 18-20-də 14 ölkə nümayəndələri bir araya gəlib. 5 fərqli qitədən olan həmin voleybol funksionerləri Parisdəki toplantıda Beynəlxalq Voleybol Federasiyasını (FİVB) təsis ediblər. Məhz bu konqresdən sonra voleybol üzrə beynəlxalq yarışların keçirilməsinə start verilib.

 

Hazırda 221 ölkəni özündə birləşdirən və mənzil-qərargahı FİVB 70 il baş tutan ilk yığıncağında Avropa çempionatlarının təşkilinə də qərar verib. Artıq növbəti il kişilər arasında qitə birinciliyi baş tutub. 1949-cu ildə isə qadınlar arasında ilk çempionat keçirildi. Bu, Çexoslovakiyanın paytaxtı Praqada reallaşdı. FİVB 1963-cü ilə qədər bu yarışlara rəhbərlik edib, sonradan təşkilatçılığı yeni yaradılan Avropa Voleybol Konfederasiyasına (CEV) təhvil verib. CEV 1973-cü ilə qədər Avropa Voleybol Komissiyası adı altında fəaliyyət göstərib.

 

Qitə çempionatlarının keçirildiyi məkanlar da fərqliliyi ilə diqqət çəkir. Qadın voleybolçular arasında ilk 5 birincilikdən 4-ü (1949, 1950, 1955, 1958) açıq havada keçirilibsə, digər yarışlar qapalı məkanda – zalda təşkil olunub. Ümumiyyətlə, 1951-ci ildəki yarışı da nəzərə alsaq, ilk 5 çempionatda interval baxımından heç bir ardıcıllıq olmayıb. CEV yarandıqdan sonra turnirləri 4 ildən bir təşkil edilib. Cəmi 4 çempionatdan sonra isə yarışların 2 ildən bir – tək illərdə keçirilməsi ilə bağlı qərar verib.

 

Bununla da 49-cu ildə startı verilən turnirlərin 29-u arxada qalıb. 30-cu – yubiley çempionata isə Azərbaycan və Gürcüstan ev sahibliyi edəcək. Bu, postsovet ölkələri arasında bir ilkdi. Baxmayaraq ki, Rusiya bu idman növündə daima liderlərdən biri olub.

 

Qadın voleybolçular arasında Avropa çempionatının bütün mükafatçıları

 

İl

Keçirildiyi ölkə

Qızıl

Gümüş

Bürünc

1949

Çexoslovakiya

SSRİ

Çexoslovakiya

Polşa

1950

Bolqarıstan

SSRİ

Polşa

Çexoslovakiya

1951

Fransa

SSRİ

Polşa

Yuqoslaviya

1955

Rumıniya

Çexoslovakiya

SSRİ

Polşa

1958

Çexoslovakiya

SSRİ

Çexoslovakiya

Polşa

1963

Rumıniya

SSRİ

Polşa

Rumıniya

1967

Türkiyə

SSRİ

Polşa

Çexoslovakiya

1971

İtaliya

SSRİ

Çexoslovakiya

Polşa

1975

Yuqoslaviya

SSRİ

Macarıstan

ADR

1977

Finlandiya

SSRİ

ADR

Macarıstan

1979

Fransa

SSRİ

ADR

Bolqarıstan

1981

Bolqarıstan

Bolqarıstan

SSRİ

Macarıstan

1983

ADR

ADR

SSRİ

Macarıstan

1985

Hollandiya

SSRİ

ADR

Hollandiya

1987

Belçika

ADR

SSRİ

Çexoslovakiya

1989

AFR

SSRİ

ADR

İtaliya

1991

İtaliya

SSRİ

Hollandiya

Almaniya

1993

Çexiya

Rusiya

Çexoslovakiya*

Ukrayna

1995

Hollandiya

Hollandiya

Xorvatiya

Rusiya

1997

Çexiya

Rusiya

Xorvatiya

Çexiya

1999

İtaliya

Rusiya

Xorvatiya

İtaliya

2001

Bolqarıstan

Rusiya

İtaliya

Bolqarıstan

2003

Türkiyə

Polşa

Türkiyə

Almaniya

2005

Xorvatiya

Polşa

İtaliya

Rusiya

2007

Belçika/Lüksemburq

İtaliya

Serbiya

Rusiya

2009

Polşa

İtaliya

Hollandiya

Polşa

2011

Serbiya/İtaliya

Serbiya

Almaniya

Türkiyə

2013

Almaniya/İsveçrə

Rusiya

Almaniya

Belçika

2015

Hollandiya/Belçika

Rusiya

Hollandiya

Serbiya

2017

Azərbaycan/Gürcüstan

 

 

 

 

42 il əvvəl verilən qərar

68 illik tarixə malik Avropa çempionatlarının formatı da daim dəyişib. 1971-ci ilə qədər keçirilən analoji yarışlarda seçmə mərhələ olmayıb. Turnirə qatılmaq istəyən hər bir yığma birbaşa final mərhələsinə yollanıb. Yalnız Avro-1975-ci ildən başlayaraq, final mərhələsinin iştirakçıları qarışıq yolla müəyyənləşib. Komandaların bəziləri müxtəlif göstəricilərinə görə birbaşa vəsiqə əldə edibsə, bəziləri seçmə mərhələdə qüvvəsini sınamalı olub. Bu sistem bu gün də davam edir. Yüksək səviyyəli komandalar çempionatda tutduğu pilləyə görə turnirdə yerini qoruyursa, digərləri yenidən seçmə mərhələyə qatılır.

 

Avropa çempionatları tarixində 18 yığma medal qazanmağı bacarıb. Bu da artıq mövcudluğunu itirən ölkələrin varisləri ilə eyni sayılmaması səbəbindəndi. Yəni mükafatçılar sırasına düşən yığmalardan SSRİ, Almaniya Demokratik Respublikası (ADR), Çexoslovakiya və Yuqoslaviya artıq dünya xəritəsində yoxdu. Yarışların ən titullu komandası da məhz Sovet İttifaqının voleybolçularıdı. 13 qızıl və 4 gümüşü olan bu yığma izləyicilərindən çox uzaqdı. İkinci sırada olan Rusiya 6 qızıl və 3 bürünc medala sahibdi. Çempionluq sevinci yaşayan digər 7 ölkədən heç biri 2 dəfədən artıq uğur əldə etməyib.

 

Medal qazanan yığmalar

 

Ölkə

Qızıl

Gümüş

Bürünc

Cəmi

SSRİ

13

4

0

17

Rusiya

6

0

3

9

Polşa

2

4

5

11

ADR

2

4

1

7

İtaliya

2

2

2

6

Çexoslovakiya

1

4

3

8

Hollandiya

1

3

1

5

Serbiya

1

1

1

3

Bolqarıstan

1

0

2

3

Xorvatiya

0

3

0

3

Almaniya

0

2

2

4

Macarıstan

0

1

3

4

Türkiyə

0

1

1

2

Belçika

0

0

1

1

Rumıniya

0

0

1

1

Ukrayna

0

0

1

1

Çexiya

0

0

1

1

Yuqoslaviya

0

0

1

1

 

36 ölkədən biri Azərbaycandı

Avropa çempionatının iştirakçılarının siyahısına baxsaq, 36 komanda final mərhələsində mübarizə aparıb. Heç bir yığma bütün yarışlarda iştirak etməyib. Yalnız Rusiya SSRİ-nin varisi hesab edilsə, bu, mümkün olar. Digərlərindən Polşa 28, Bolqarıstan 27, Hollandiya 26 çempionatın iştirakçısıdı. 2005-ci ildə bu yarışda debüt edən Azərbaycanın aktivində bu gün start götürəcək Avro-2017 7-ci olacaq. 36 komandadan 6-sı isə artıq yoxdu. Qeyd etdiyimiz 4 mükafatçı komandadan başqa, Almaniya Federativ Respublikası (AFR) ilə Serbiya və Çernoqoriya da artıq mövcudluğunu itirib.

 

Yığmamız üçün 4 nümunə

Avropa çempionatlarını indiyədək 19 ölkə qəbul edib. Azərbaycan və Gürcüstan bu siyahıda 20-ci və 21-ci olacaqlar. İtaliya hamıdan çox 4, Bolqarıstan, Hollandiya və Belçika 3 dəfə bu hüquqa yiyələnib. 5 ölkədə isə bu rəqəm ikiyə bərabərdi. Lakin yarışın 68 illik tarixində yalnız 4 komanda doğma divarlar arasında Avropa çempionu titulunu qazanıb. 5-ci olmağa çalışacaq Azərbaycan yığması üçün Bolqarıstan (1981), ADR (1983), Hollandiya (1995) və Serbiya (2011) nümunələri var.

 

Avropa çempionatının bütün iştirakçıları

 

 

49

50

51

55

58

63

67

71

75

77

79

81

83

85

87

89

91

93

95

97

99

01

03

05

07

09

11

13

15

Avstriya

 

 

 

 

12

12

 

17

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Azərbaycan

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

4

12

12

9

15

14

Albaniya

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

11

 

 

 

 

 

 

 

 

 

 

 

 

İngiltərə

 

 

 

 

 

 

 

18

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Belarus

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

8

8

11

 

 

 

 

16

14

 

12

9

Belçika

 

 

 

 

 

 

14

 

12

 

12

 

 

 

12

 

 

 

 

 

 

 

 

 

7

11

 

3

6

Bolqarıstan

 

4

 

5

5

5

6

4

4

7

3

1

4

10

4

7

7

9

5

4

7

3

7

9

11

8

14

13

13

Macarıstan

6

6

 

6

6

7

5

5

2

3

4

3

3

9

10

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

12

ADR

 

 

 

 

8

4

4

6

3

2

2

4

1

2

1

2

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Almaniya

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

3

5

4

9

4

11

3

11

6

4

2

2

5

Yunanıstan

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

12

 

 

8

11

 

 

 

11

 

 

 

 

 

 

 

Danimarka

 

 

 

 

 

13

 

16

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

İsrail

 

 

 

 

 

 

8

11

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

16

 

 

İspaniya

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

12

15

9

10

16

 

İtaliya

 

 

6

 

 

 

11

8

9

11

 

8

7

5

6

3

4

4

6

5

3

2

6

2

1

1

4

6

7

Latviya

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

9

11

8

 

 

 

 

 

 

 

 

 

Hollandiya

7

 

5

 

10

9

7

9

11

10

6

9

11

3

5

 

2

7

1

9

5

5

4

5

5

2

7

9

2

Polşa

3

2

2

3

3

2

2

3

6

4

8

5

9

7

11

9

9

 

9

6

8

6

1

1

4

3

5

11

8

Rusiya

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

1

3

1

1

1

5

3

3

6

6

1

1

Rumıniya

4

5

 

4

4

3

9

7

7

6

5

7

6

11

8

4

6

11

 

11

6

7

8

10

 

 

12

 

15

Serbiya

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

2

7

1

4

3

Serbiya i Çernoqoriya

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

9

7

 

 

 

 

 

Slovakiya

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

11

 

13

13

 

 

 

Sloveniya

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

16

SSRİ

1

1

1

2

1

1

1

1

1

1

1

2

2

1

2

1

1

 

 

 

 

 

 

 

 

 

 

 

 

Türkiyə

 

 

 

 

 

10

12

 

 

 

 

12

 

 

 

11

 

 

11

 

 

 

2

6

10

5

3

7

4

Ukrayna

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

3

7

7

 

4

9

 

 

 

15

 

 

Finlandiya

 

 

 

 

 

 

 

 

 

12

 

 

 

 

 

12

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Fransa

5

 

4

 

9

 

 

13

 

 

11

 

10

8

7

10

9

 

 

 

 

8

 

 

8

14

11

8

 

AFR

 

 

 

 

11

11

10

10

10

8

9

10

5

6

9

6

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Xorvatiya

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

6

2

2

2

9

 

8

14

16

13

5

10

Çexiya

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

9

3

 

9

11

 

9

10

8

10

11

Çexoslovakiya*

2

3

 

1

2

6

3

2

5

5

7

6

8

4

3

5

5

2

 

 

 

 

 

 

 

 

 

 

 

İsveçrə

 

 

 

 

 

 

13

12

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

14

 

İsveç

 

 

 

 

 

 

15

15

 

 

 

 

12

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Yuqoslaviya

 

 

3

 

7

8

 

14

8

9

10

11

 

 

 

8

11

 

 

 

 

 

 

 

 

 

 

 

 

* - 1993-cü ildə Çexiya və Slovakiya birləşmiş komanda kimi iştirak edib

Bəxti gətirməyən İnna Rıskal

Avropa çempionatlarında SSRİ və Rusiya yığmalarından başqa heç bir komanda 2 dəfədən artıq çempion olmadıqlarından ən titullu voleybolçular da bu yığmaların üzvləridi. Qitənin ən çox çempionu olan 2 voleybolçusu Yelena Tyurina və Natalya Morozova hərəyə 5 dəfə bu titula yiyələniblər. Eyni dövrdə çıxış edən ulduzlar həm SSRİ, həm də Rusiya millisində çempionluq sevinci yaşayıb. Onlar 1991-ci ildə SSRİ, 1993-cü, 1997-ci və 2001-ci illərdə Rusiyanın uğurunda birgə pay sahibi olublar. Bundan başqa, Tyurina 1989-cu, Morozova 1999-cu ildə Avropa çempionatını qızıl medalla başa vurub. Daha 7 voleybolçunun hesabında isə 4 birincilik var. Avropa çempionları arasında Azərbaycan təmsilçiləri də yer alıb. Voleybolumuzun əfsanəsi hesab edilən İnna Rıskal 3 qızıl medala yiyələnib. O, çempionluq sayında 10-cu yerə şərikdi. Amma həmyerlimizin bəxtinin gətirmədiyini də söyləmək olar. Çünki onun çempionluqları yarışın 4 ildən bir keçirildiyi dövrə təsadüf edib. Rıskal 1963-cü ildə Rumıniya, 1967-ci ildə Türkiyə və 1971-ci ildə İtaliyada ardıcıl qızıl medallara sahib olub. Digər voleybolçumuz Vera Lantratova isə yalnız Türkiyədəki çempionatda fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

 

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir

 

0