[b]“Qarabağ”ın töhfə verməli olduğu qol yağışı[/b]
22.09.2017 - 12:18
[b]“Qarabağ”ın töhfə verməli olduğu qol yağışı[/b]

Çempionlar Liqasının II turu ərəfəsində yarışın qrup mərhələsinin məhsuldarlıq rekordları açıqlanıb. Apasport.az saytının məlumatına görə, açılış turunda 54 qolun qeydə alınması növbəti oyun günlərində də “qol yağışı” ehtimalı yaradıb.

 

Elə bu üzdən də UEFA-nın rəsmi saytı turlar, günlər və eyni qrupun bir gündə baş tutan matçları ilə bağlı faktları açıqlayıb. Bu da belə düşünməyə əsas verir ki, qurumda növbəti turun bu rekordları dəyişə biləcəyi ehtimalına yüksək qiymətləndirilir.

 

Yeri gəlmişkən, qarşıdakı tur Bakının ilk dəfə Çempionlar Liqası matçı (söhbət əsas mərhələdən gedir) qəbul etməsi ilə də diqqət çəkəcək. İtaliya “Roma”sını qəbul edəcək “Qarabağ” vuracağı qol və ya qollarla “yağış”a töhfə verə bilər. Təbii ki, elə qonaqlar da eyni arzuda olacaq.

 

Rekordlara gəlincə, ən məhsuldar tur 17 il öncə qeydə alınıb.

12/13 sentyabr 2000 – 63 qol (I tur)

21/22 oktyabr 2014 – 59 qol (III tur)

6/7 noyabr 2012 – 58 qol (IV tur)

19/20 oktyabr 1999 – 57 qol (IV tur)

26/27 sentyabr 2000 – 54 qol (III tur)

28/29 sentyabr 2004 – 54 qol (II tur)

8/9 dekabr 2004 – 54 qol (VI tur)

24/25 noyabr 2015 – 54 qol (V tur)

12/13 sentyabr 2017 – 54 qol (I tur)

 

2014-cü il oktyabrın 21-də isə 40 qol vurulub. Bu, eyni gündəki 8 matçda məhsuldarlıq rekordudu.

 

Eyni gündə bir qrupun qol sayında rekord isə 15-ə bərabərdi. 2002-ci il sentyabrın 18-də F qrupunun I turunda, 2016-cı il noyabrın 22-də F qrupunun V turunda 15 qol qeydə alınıb. 15 il öncə “Mançester Yunayted” Hayfa “Makkabi”sini 5:2, “Olimpiakos” “Bayer”i 6:2 hesabı ilə yenib. Ötən il isə “Sportinq” evdə “Real”a 1:2 hesabı ilə uduzubsa, “Borussiya” Dortmundda “Legiya”nı 8:4 hesabı ilə üstələyib.

 

0