[b]Güləşçimizin Olimpiya medalı dəyərini itirdi[/b]
22.09.2017 - 12:36
[b]Güləşçimizin Olimpiya medalı dəyərini itirdi[/b]

Azərbaycan yunan-Roma güləşçisi Vitali Rəhimovun 2008-ci ildə Pekin Yay Olimpiya Oyunlarında qazandığı gümüş medal yeni sahibini tapıb. Apasport.az saytı xəbər verir ki, Qazaxıstan idmançısı Çindəki uğuruna görə gümüş mükafata yiyələnib.

 

Ona medalı Qazaxıstan Milli Olimpiya Komitəsinin baş katibi Daniyar Abulqazin təqdim edib. Beləliklə, 60 kq çəki dərəcəsində bürünc medal qazanan Tenizbayev yarışdan 9 il sonra mükafatını daha yüksək əyara dəyişib.

 

Qeyd edək ki, Rəhimovdan Pekin-2008-də götürülən analiz ötən il təkrar yoxlanış zamanı müsbət nəticə vermişdi. 

0