[b]“Mənim belə prinsipiallığım yoxdu” – Roman Qriqorçuk[/b]
22.09.2017 - 13:42
[b]“Mənim belə prinsipiallığım yoxdu” – Roman Qriqorçuk[/b]

“Qəbələ” klubunun baş məşqçisi Roman Qriqorçukun apasport.az saytına müsahibəsi

 

- Azərbaycan Premyer Liqasının VI turunda “Neftçi” ilə qarşılaşacaqsız. Hansı nəticəyə ümid edirsiz?

- Çox çətin oyun olacaq. “Neftçi” yaxşı rəqibdi. Bu komandanın heyətində potensiallı futbolçular toplaşıb. Bizi ciddi rəqiblə görüş gözləyir. Düşünürəm ki, “Neftçi” turnir cədvəlində layiq olmadığı yerdə qərarlaşıb.

 

- “Neftçi” bu yaxınlarda yeni baş məşqçiyə tapşırıldı. Hazırkı çalışdırıcı Tərlan Əhmədov AZAL-da işləyəndə aranızda narazılıq, bu səbəbdən də prinsipiallıq yaranmışdı...

- Mənimlə onun arasında heç bir prinsipiallıq yoxdu. Həmişə rəqiblərin baş məşqçilərinə hörmətlə yanaşmışam. Yenə deyirəm ki, mənim belə bir prinsipiallığım yoxdu.

 

- Necə düşünürsüz, baş məşqçi dəyişikliyi mövsümə uğursuz başlayan “Neftçi”yə necə təsir edəcək?

- “Neftçi” potensiallı komandadı. Bayaq dediyim kimi, onlar turnir cədvəlində layiq olduqları yerdə deyillər. “Neftçi” ən yüksək yerlər uğrunda mübarizə apara bilər.

 

- “Qəbələ” 5 turdan sonra 10 xal toplayıb. Komandanızın çıxışı sizi razı salırmı?

- Həmişə əldə etdiyindən artığına can atırsan. Ürəyindən daha yaxşı nəticəyə imza atmaq hissi keçir. Çalışırıq, hər kəs üzərinə düşən məsuliyyəti dərk edir. Biz necə işləməli olduğumuzu bilirik.

 

- Ekiqo Ehiosunun “Qəbələ”yə qayıdışı zəruri idi?

- Biz Ekiqonu tanıyırıq. Əvvəl onunla çalışmışam, potensialına bələdəm. Bizə belə bir hücumçu lazım idi. Mən ona çox güvənirəm.

 

- Onun hazırkı durumu nə yerdədi və “Neftçi”yə qarşı oynayacaqmı?

- Bunu demək çətindi. Çünki uzun müddətdi oynamır. Hazırda komanda ilə birgə məşq edir. “Neftçi”yə qarşı oynayıb-oynamayacağına məşqlərdəki çıxışına əsasən qərar verəcəm.

 

- Əksəriyyət “Qəbələ”nin hazırda ötən mövsümdəki performansı göstərmədiyini düşünür. İndiki oyunla hansı yerə ümid etmək olar?

- Öncədən nəsə təxmin edə bilmərik. Cari mövsümün startında çox xal itirdiyimizi deməzdim. Müqayisə aparsaq, görərik ki, ötən mövsüm əla oynayıb, amma ardıcıl xal itkilərinə yol verdiyimiz matçlar oldu. Bu mənada, indiki vəziyyətlə bağlı bir problem görmürəm. Sadəcə, çox işləmək lazımdı.

 

- Çempionatdakı əsas rəqibiniz “Qarabağ” Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində sentyabrın 27-də “Roma”nı qəbul edəcək. Necə düşünürsüz, Qurban Qurbanovun komandası bu görüşdə sürpriz edə bilərmi?

- Mən “Qarabağ”a uğur arzulayıram. “Roma”ya qarşı yaxşı oyun göstərəcəklərinə inanıram. İstərdim ki, təkcə bu görüş yox, Çempionlar Liqasındakı bütün matçlarında uğurlu çıxış etsinlər. 

0