[b]“Rauf Əliyevi ulduz futbolçu kimi almamışıq” – baş məşqçi[/b]
22.09.2017 - 15:18
[b]“Rauf Əliyevi ulduz futbolçu kimi almamışıq” – baş məşqçi[/b]

“Bizim üçün asan matç olmayacaq. “Laçi” təhlükəli rəqibdi. Komandamdan yaxşı oyun gözləyirəm”. Apasport.az saytı xəbər verir ki, bu sözləri “Kukesi”nin baş məşqçisi Mladen Milinkoviç deyib.

 

Millimizin üzvü Rauf Əliyevin çıxış etdiyi komanda növbəti görüşünü “Laçi”yə qarşı keçirəcək.

 

Oyundan öncə mətbuat konfransı keçirən Milinkoviç maraqlı fikirlər səsləndirib. O, söhbət əsnasında Rauf Əliyev haqda da danışıb: “Qazanılan hər xal və qələbə mənim üçün vacibdi. Bilirik ki, Quri mərkəz hücumçusudu. Amma o, sağ cinahda da rolunu yaxşı icra edir. Qurinin bu görüşdə də həmin mövqedə çıxış etməsi mümkündü. Rauf Əliyevə gəlincə, onu ulduz futbolçu kimi almamışıq, yaxşı oyunçu kimi komandaya cəlb etmişik. Bizdə “ulduz” yoxdu, heyətdə yaxşı futbolçular toplaşıb. Rauf da bu siyahıdadı. Hesab edirəm ki, o, tezliklə ilk qolunu vuracaq və bundan sonra dayanmayacaq”.

 

Qeyd edək ki, Rauf Əliyev “Kukesi”yə bu yay Bakı “İnter”indən keçib.  

 

 

0