[b]Azərbaycanlı futbolçu Gürcüstan klubunda[/b]
22.09.2017 - 15:30
[b]Azərbaycanlı futbolçu Gürcüstan klubunda[/b]

Azərbaycanlı futbolçu Seymur Aşurbəyov legioner həyatı yaşayacaq. Apasport.az xəbər verir ki, 23 yaşlı oyunçu Gürcüstanda çıxış edəcək.

 

Gənc futbolçu qonşu ölkənin I divizion təmsilçisi “Qardabani” klubu ilə anlaşıb. O, yeni komandası ilə bir illik müqaviləyə qol çəkib. Aşurbəyovun “Qardabani”yə üz tutmasında baş məşqçi amili böyük rol oynayıb. Belə ki, komandanı həmyerlimiz Adil Mahmudov çalışdırır.

 

Qeyd edək ki, Seymur Aşurbəyov indiyə qədər “İnter”, “Neftçi”, “Şahdağ” və “Göyəzən”in şərəfini qoruyub.

 

0