[b]Azərbaycanda neçə legioner var?[/b]
22.09.2017 - 17:26
[b]Azərbaycanda neçə  legioner var?[/b]

Azərbaycan Premyer Liqasının klubları Peşəkar Futbol Liqasında 47 legioner sifariş edib. Apasport.az saytının məlumatına görə, əcnəbi statusu daşıyan bu oyunçular 26 müxtəlif ölkə təmsilçisidi.

 

Milliləşən legionerləri yerli futbolçu statusu ilə qeydiyyatdan keçirən komandalarımız daha çox ukraynalılara güvənir. Belə ki, Premyer Liqada bu ölkədən 5 oyunçu sifariş olunub.

 

Braziliya və Rusiyanın hərəsindən 4 legioner iştirak ərizəsinə daxil edilib. Amma bu ölkələrdən milliləşənlərin də olduğunu da vurğulamaq lazımdı.

 

Hollandiya, Serbiya, Mali və İspaniyada isə bu rəqəm 3-dü. Əslində, Nigeriyanı da sonunculara şərik saymaq olar. Çünki “Qəbələ”nin heyətə yeni qatdığı Ekiqo Ehiosun hələ PFL-də sifariş edilməyib. O, iki həmyerlisi ilə birlikdə “üçlük” təşkil edə bilər.

 

Nigeriyadan başqa, Afrikanın digər ölkələrindən Qana, Qvineya-Bisau, Mali, Kamerun və CAR, Asiyadan isə Türkmənistan çempionatımıza oyunçu verib. Amerika isə Braziliya ilə yanaşı, Haiti və Çili ilə təmsil olunub. Çempionatımıza oyunçu verən digər 16 ölkə isə Avropa təmsilçiləridi.

 

Premyer Liqanın legioner statuslu futbolçuları ölkələr üzrə

Ölkə

futbolçu

Ukrayna

5

Braziliya

4

Fransa

4

Hollandiya

3

İspanya

3

Mali

3

Serbiya

3

Nigeriya

2

Rumıniya

2

Xorvatiya

2

Albaniya

1

Bosniya və Herseqovina

1

Şotlandiya

1

CAR

1

Çexiya

1

Çili

1

Gürcüstan

1

Haiti

1

İtaliya

1

Kamerun

1

Litva

1

Norveç

1

Polşa

1

Qana

1

Qvineya-Bisau

1

Türkmənistan

1

 

0