[b]“Real”a daha bir bəd xəbər[/b]
22.09.2017 - 17:31
[b]“Real”a daha bir bəd xəbər[/b]

“Real”ın müdafiəçisi Marselonun vəziyyətinə aydınlıq gəlib. Apasport.az saytı “Mundo Deportivo”ya istinadən xəbər verir ki, “Betis”lə çempionat görüşündə zədələnən braziliyalı futbolçu tibbi müayinədən keçib.

 

Həkimlər bud nahiyəsindən xəsarət alan Marselonun təxminən 1 həftə yaşıl meydanlardan uzaq qalacağını açıqlayıblar.

 

29 yaşlı futbolçu cari mövsümdə “Real”ın heyətində ümumilikdə 8 oyunda meydana çıxıb.

 

Qeyd edək ki, “kral klubu”nun heyətində Kərim Benzema və Mateo Kovaçiç də zədədən əziyyət çəkir.  

0