[b]İlin ən yaxşıları adına namizədlər açıqlandı[/b]
22.09.2017 - 18:05
[b]İlin ən yaxşıları adına namizədlər açıqlandı[/b]

FİFA 2017-ci ilin ən yaxşıları adına namizədləri açıqlayıb. Apasport.az saytı xəbər verir ki, hər nominasiyada 3 ən yaxşı futbolçu bəlli olub.

 

Ən yaxşı kişi oyunçu adına, gözlənildiyi kimi, Kriştianu Ronaldo (Portuqaliya), Lionel Messi (Argentina) və Neymar (Braziliya) iddia edir. Ən yaxşı qadın futbolçu adına isə Deyna Kastelyanos (Venesuela), Çarli Lloyd (ABŞ) və Lyeke Martens (Hollandiya) namizəddi.

 

Kişi məşqçilər arasında Massimiliano Alleqri (İtaliya), Antonio Konte (İtaliya) və Zinəddin Zidan (Fransa) ən yaxşı uğrunda mübarizə aparacaq. Qadın məşqçilərin mübarizəsində isə Nils Nilsen (Danimarka), Gerard Preku (Fransa) və Sarina Viqman (Hollandiya) bu ada iddia edir.

 

Planetin ən yaxşı qapıçısı adına da 3 namizəd açıqlanıb. Bunlar Canluici Buffon (İtaliya), Keylor Navas (Kosta-Rika) və Manuel Noyerdi (Almaniya).

 

2017-ci ilin azarkeşi mükafatına isə Dortmund “Borussiya”sı (Almaniya), “Seltik” (Şotlandiya) və “Kopenhagen” (Danimarka) fanatları iddia edir.

 

İlin ən yaxşı qolu adına isə 10 iddiaçı var. Bunlar Kevin-Prins Boatenq, Alexandro Kamarqo, Deyna Kastelyanos, Mussa Dembele, Olivye Jiru, Aviles Hurtado, Mario Mandzukiç, Oskarine Masuluke, Nemanya Matiç və Xordi Mbuladı.

 

Qeyd edək ki, ən yaxşıların adları oktyabrın 23-də Londonda açıqlanacaq. 

0