[b]Ölkə prezidenti yığmamızın oyununda[/b]
22.09.2017 - 19:36
[b]Ölkə prezidenti yığmamızın oyununda[/b]

Azərbaycan və Gürcüstanın birlikdə təşkil etdiyi qadınlar arasında voleybol üzrə Avropa çempionatına start verilib. Apasport.az saytının məlumatına görə, A qrupunda yer alan millimiz ilk tur çərçivəsində Macarıstan yığması ilə qarşılaşır.

 

Görüşü izləyənlər arasında ölkə prezidenti İlham Əliyev də var. Ölkə başçısı Milli Gimnastika Arenasında idmançılarımıza dəstək verir.

 

Qeyd edək ki, millimiz görüşün ilk setini qalib başa vurub. 

0