[b]Nazarov üçün 90 dəqiqə və 3 xal[/b]
23.09.2017 - 00:47
[b]Nazarov üçün 90 dəqiqə və 3 xal[/b]

Almaniya II Bundesliqasında VIII turun oyunları davam edir. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu “Erzgebirge” də növbəti matçına çıxıb.

 

“Bənövşəyilər” doğma meydanda “Sandhauzen”lə qarşılaşıb. Aue təmsilçisi bu oyundan qələbə ilə ayrılıb - 1:0.

 

Matça start heyətində başlayan Nazarov sonadək oynayıb.

 

Qeyd edək ki, “Erzgebirge” geridə qalan 8 turda 13 xal toplayıb və 18 klub arasında 7-cidi.

0