SİZİN REKLAM BURADA

“Azərbaycan bizdən 1-2 addım öndə idi” – Macarıstan millisinin kapitanı

“İlk setdə əsl istədiyimiz oyunu ortaya qoymağa çalışdıq. Bütün matça bu şəkildə fokuslanmaq istəyirdik”. Apasport.az saytının məlumatına görə, bu sözləri voleybol üzrə qadınlardan ibarət Macarıstan millisinin kapitanı Rita Liliom deyib.

 

Azərbaycan və Gürcüstanın birgə təşkil etdiyi qadınlar arasında voleybol üzrə Avropa çempionatının ilk oyununda millimizlə qarşılaşan Macarıstan 0:3 hesablı məğlubiyyətə üzülüb.

 

Qarşılaşmanın ilk setinə üstün başlayan, lakin sonradan geri düşən macarların oyunçusu görüş başa çatdıqdan sonra fikirlərini bölüşüb: “Ancaq hesab 16:11 olarkən konsentrasiyanı itirdik. Sonradan toparlanmağa və geri dönüş etməyə çalışsaq da, bu, mümkün olmadı. Azərbaycan millisi oyunboyu bizdən bir və ya iki addım öndə idi”.

 

Liliom növbəti oyun haqqında da danışıb: “Polşa ilə oyunda isə bütün gücümüzü ortaya qoyacağıq. Təslim olmaq fikrimiz yoxdu, sona qədər oynamalıyıq”.

 

Qeyd edək ki, A qrupunda Macarıstanla yanaşı Azərbaycan, Polşa və Almaniya milliləri də mübarizə aparır.

Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 14 12 1 1 25-6 37

2.

Qəbələ

14 10 1 3 28-14 31

3.

Zirə 14 9 3 2 23-11 30

4.

Sumqayıt

14 6 2 6 17-17

20

5.

Neftçi

14

5 1 8 17-16 16

6

Səbail 14 4 1 9 9-21 13

7.

Keşlə

14

2 2 10 9-25 8

8.

Kəpəz

14 2 1 11 10-29 7
               

 

Top 10