[b]“Zirə” – “İnter” matçı 1:1 bitəcək?[/b]
23.09.2017 - 12:26
[b]“Zirə” – “İnter” matçı 1:1 bitəcək?[/b]

Azərbaycan Premyer Liqasının VI turunda üz-üzə gələcək “Zirə” ilə “İnter” 9-cu dəfə rəqib olacaqlar. Apasport.az saytının məlumatına görə, paytaxt komandaları indiyə qədər ölkə çempionatında 8 dəfə qarşılaşıblar.

 

2015-ci ilin avqust ayından başlayan rəqabətdə hələlik bərabərlik hökm sürür. Belə ki, geridə qalan 8 matçın yalnız 2-də hansısa klub meydanı qalib tərk edib. Ötən il yanvarın 31-də “Zirə”, mayın 20-də isə “İnter” öz meydanında minimal hesabla qələbə qazanıb.

 

Qalan oyunların hamısında “sülh” qeydə alınıb. Maraqlıdı ki, tərəflər arasında baş tutan ilk iki görüşdə qol səsi çıxmayıbsa, son 4 dueldə eyni hesab qeydə alınıb – 1:1. “İnter” son 6 görüşün hamısında “Zirə”nin qapısına yol tapa bilibsə, hələ ki, heç bir komanda səfərdə qələbə üzü görməyib.

 

Qeyd edək ki, bu gün keçiriləcək “Zirə” – “İnter” matçı saat 20:00-da başlayacaq.

0