[b]“Bu, heç kimə xoş deyildi” - “Qarabağ”ın rəqibi[/b]
23.09.2017 - 15:43
[b]“Bu, heç kimə xoş deyildi” - “Qarabağ”ın rəqibi[/b]

Gələcək haqda düşüncələrim ziddiyyətlidi. Bilirəm ki, bu barədə düşünmək vaxtı gəlib”. Apasport.az saytının məlumatına görə, bunu “Roma”nın kapitanı Daniele De Rossi deyib.

 

Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqiblərindən olan “canavarlar”ın yarımmüdafiəçisi karyerasını bitirmək barədə düşünür. İtaliya millisinin üzvü hələ də futboldan getdikdən sonra hansı işlə məşğul olacağını dəqiqləşdirməyib.

 

34 yaşlı futbolçu bu yay karyerasını bitirərək “Roma”da rəhbər vəzifəyə təyin edilən Françesko Tottini də özünə nümunə götürüb: “Yaşıdlarımın çoxu karyerasının son həddinə çatıb. Bundan sonra nə edəcəyimi hələ bilmirəm. Totti mənim üçün yaxşı nümunə oldu. Ötən mövsüm o, çox əziyyət çəkdi. Çox düşünürdü və xoşbəxt görünmürdü. İndi yeni bir işlə məşğul olur və ayaqlarında buts yoxdu. Mən də hazırda qəribə hisslər keçirirəm. Dürüst olmaq lazımdısa, düşünmürəm ki, Totti yeni işinə tez uyğunlaşa biləcək. Hələ bir il əvvəl ona karyerasını bitirməyi məsləhət görmüşdüm. Ötən mövsüm nə onun, nə məşqçi, nə də komanda yoldaşları olaraq bizim üçün xoş keçdi. Təsəvvür edin ki, evdə ananızla atanız mübahisə edirlər. Düşünürəm ki, “Roma” azarkeşləri də vəziyyətdən məmnun deyildilər”.

 

Qeyd edək ki, karyerası ərzində yalnız “Roma”da çıxış edən Daniele De Rossi 2001-ci ildən paytaxt klubunun formasını geyinir.

0