[b]Qurban Qurbanovdan tarixi uğur[/b]
23.09.2017 - 16:12
[b]Qurban Qurbanovdan tarixi uğur[/b]

Azərbaycan Premyer Liqasının VI turu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov üçün əlamətdar olub. Apasport.az saytının məlumatına görə, “Sumqayıt”ı böyük hesabla məğlub edən ağdamlıların çalışdırıcısı yubiley qələbəsinə sevinib.

 

Belə ki, Tofiq Bəhramov adına Respublika Stadionundakı görüş Qurbanovun baş məşqçi karyerasında 250-ci qələbə kimi tarixə düşüb.

 

Çalışdırıcı karyerasına 2007-ci ildə başlayan 45 yaşlı mütəxəssis 2007-08-ci illərdə “Neftçi”də işləyibsə, 2009-cu ildən bu günədək “Qarabağ”a rəhbərlik edir. 443-cü oyununda 250-ci qalibiyyətini əldə edən Qurbanov 111 dəfə heç-heçə ilə kifayətlənibsə, onun çalışdırdığı komanda 82 dəfə məğlubiyyətlə üzləşib.

 

Qələbə qazanılan matçların yalnız 25-i “Neftçi”nin payına düşür. Hazırkı klubu “Qarabağ”da isə belə uğurların sayı 225-di. 250 qələbədən 186-si Premyer Liqa matçlarına təsadüf edib. Mütəxəssis avrokuboklar və Azərbaycan kubokunda eyni sayda – hərəsində 32 dəfə sevinib.

 

Qeyd edək ki, “Sumqayıt”ı 4:1 hesabı ilə məğlub edən “Qarabağ” aktivindəki 15 xalla turnir cədvəlinin lideridi.

0