[b]“Qarabağ”ın rəqibi “Sevilya”nı yenib, 2-ci pilləyə yüksəldi[/b] - [b]VİDEO[/b]
23.09.2017 - 17:21
[b]“Qarabağ”ın rəqibi “Sevilya”nı yenib, 2-ci pilləyə yüksəldi[/b] - [b]VİDEO[/b]

“Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsindəki rəqiblərindən olan “Atletiko” İspaniya çempionatında növbəti oyununa çıxıb. Apasport.az saytının məlumatına görə, Madrid təmsilçisi La Liqanın VI turunun açılış matçında “Sevilya”nı qəbul edib.

 

“Vanda Metropolitano” stadionunda baş tutan görüş Dieqo Simeonenin yetirmələrinin qələbəsi ilə nəticələnib. “Atletiko” ikinci hissədə vurduğu 2 cavabsız qolla güclü rəqibinə qalib gəlib.

 

Bu nəticədən sonra xallarının sayını 14-ə çatdıraraq 2-ci pilləyə yüksələn “Atletiko” rəqibini geridə qoyub.

 

 

“Atletiko” – “Sebilya” – 2:0

Qollar: Karrasko, 46; Qrizman, 69

“Atletiko”: Oblak, Lukas, Saviç, Vrsalyko, Filipe Luis, Saul, Koke, Qabi, Karrasko (Qameyro, 81), Vietto (Korrea, 57), Qrizman (Tomas, 72)

0