[b]“Bakı” çempionatda mübarizəyə qoşulur - FOTO[/b]
23.09.2017 - 17:41
[b]“Bakı” çempionatda mübarizəyə qoşulur - FOTO[/b]

“Bakı” klubu yenidən fəaliyyətə başlayıb. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi bundan sonra İsgəndər Cavadov Bakı Futbol Akademiyası adı altında fəaliyyət göstərəcək.

 

İsgəndər Cavadovun prezidenti olduğu akademiya üçün seleksiya işləri bu ilin yanvarından başlanıb. Bütün bölgələrdə axtarışa çıxan mütəxəssislər perspektivli uşaqları kluba dəvət ediblər.

 

Akademiyanın aşağı yaş qrupları hətta AFFA-nın bayrağı altındakı yarışlarda da iştirak edəcəklər. Belə ki, “Bakı”nın U-10, U-12, U-13, U-14 və U-15 komandaları sabahdan etibarən müvafiq yaş qruplarındakı çempionatlarda mübarizəyə başlayacaqlar. 

0