[b]Avro-2017: Millimiz itkisiz irəliləyir - YENİLƏNİB[/b]
24.09.2017 - 20:05
[b]Avro-2017: Millimiz itkisiz irəliləyir - YENİLƏNİB[/b]

Bu gün qadın voleybolçular arasında Avro-2017-də növbəti oyunlar keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan və Gürcüstanda təşkil olunan qitənin ən mötəbər yarışında yığmamız oyunlarını Bakıda keçirir.

 

A qrupunda yer alan Faiq Qarayevin yetirmələri ikinci oyununa çıxıblar. Millimizin növbəti rəqibi Polşa yığması olub. İlk oyunda Macarıstana qalib gələn komandamız bu matçı da itkisiz başa vurub.

 

Hər üç setdə rəqibindən üstün olan millimiz aktivinə növbəti 3 xalı əlavə edib. 

 

Avro-2017

Qrup mərhələsi

A qrupu

II tur

 

Azərbaycan – Polşa - 3:0 (25:14, 25:21, 25:23)

 

Hakimlər: Kseniya Yurkoviç (Xorvatiya), Yuray Mokri (Slovakiya)

 

Azərbaycan: 1. Ceyran Əliyeva, 2. Kseniya Poznyak, 5. Odina Bayramova, 6. Ayşən Abduləzimova, 7. Olena Həsənova, 8. Yelizaveta Səmədova, 9. Natalya Məmmədova, 10. Yana Kulan, 11. Yekaterina Jidkova, 12. Valeriya Məmmədova, 14. Kristina Yaqubova, 15. Aynur Kərimova, 17. Polina Rəhimova, 18. Şəfaqət Həbibova

Baş məşqçi: Faiq Qarayev

 

Polşa: 1. Maya Tokarska, 4. Patirisia Polak, 5. Aqnieska Kakolevska, 7. Natalia Murek, 9. Aleksandra Krzos, 10. Zuzanna Efimienko, 12. Monika Bociek, 13. Aqata Vitkovska, 14. Coanna Volozs, 15. Martina Qrayber, 17. Malvina Smarzek, 18. Yulia Tvardovska, 20. Marlena Plesnieroviç, 22. Roksana Brzoska

 

 

1

Azərbaycan

2

2

0

6-0

150-111

6

2

Polşa

3

2

1

6-6

258-250

5

3

Almaniya

2

1

1

5-4

187-191

4

4

Macarıstan

3

0

3

2-9

220-263

0

0