[b]“Qəbələ” qalib gəldi, Monroz "qırmızı"ya düşdü - YENİLƏNİB[/b]
24.09.2017 - 19:59
[b]“Qəbələ” qalib gəldi, Monroz "qırmızı"ya düşdü - YENİLƏNİB[/b]

Bu gün Azərbaycan Premyer Liqasında VI tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, turun son oyunu Qəbələdə keçirilib.

 

Yerli komanda “Neftçi” ilə qarşılaşıb.

 

Tarixinin ən uğursuz dövrünü yaşayan bakılılar Tərlan Əhmədovun rəhbərliyi altında ilk səfərinə çıxıb. Çempionatda 7 matçdı qələbə qazana bilməyən qonaqlar bu həsrətini ən az bir oyunluq da uzadıb.

 

Roman Qriqorçukun yetirmələri isə ardıcıl ikinci qələbəsini qazanaraq durumunu bir az da yaxşılaşdıra bilib. Əyalət klubunun bu tur irəliləməsi mümkün olmasa da, “qırmızı-qaralar” xal hesabını artıra bilib.

 

Oyuna "Qəbələ" qolla başladı. Meydan sahibləri hissənin sonuna 5 dəqiqə qalmış fərqi artırıb. "Neftçi" isə ikinci hissəyə qolla start verib. Oyundan bundan başqa qol olmayıb. 

 

Matç başa çatdıqdan sonra isə "Qəbələ"nin futbolçusu Stvi Monroz komanda yoldaşı Ruslan Qurbanovla mübahisə edərək qırmızı vərəqə ilə cəzalandırılıb.

 

Azərbaycan Premyer Liqası

VI tur

24 sentyabr (bazar)

“Qəbələ” – “Neftçi” - 2:1

Qollar: Monroz, 4, Dabo, 40 - Namik Ələskərov, 48

Qırmızı vərəqə: Monroz (oyundan sonra)

 

Hakimlər: Fariz Yusifov, Azər Əsgərov, Elman Musayev, Ömər Paşayev
AFFA nümayəndəsi: Nüvər Xasıyev
Hakim-inspektor: Murad Məmmədov
Qəbələ şəhər stadionu

 

“Qəbələ”: 22. Dmitri Bezotosnı, 3. Voislav Stankoviç, 8. Qismət Alıyev, 9. Baqali Dabo, 11. Asif Məmmədov, 14. Cavid Hüseynov (k), 15. Vitali Vernidub, 12. Endi Hallidey, 28. Stiven Monroz, 34. Urfan Abbasov, 88. Tellur Mütəllimov
Ehtiyat oyunçular: 23. Aqil Məmmədov, 35. Murad Popov, 4. Elvin Camalov, 5. Rasim Ramaldanov, 6. Elvin Məmmədov, 7. Alen Akserov, 16. Dion Omar Malone, 17. Roman Hüseynov, 10. Ruslan Qurbanov, 45. Famussa Kone, 70. Ülvi İsgəndərov, 90. Ekiqo Ehiosun
Baş məşqçi: Roman Qriqorçuk

 

“Neftçi”: 94. Rəşad Əzizli, 5. Anton Krivotsyuk, 6. Rəşad Sadiqov, 7. Namik Ələskərov, 9. Uqo Barqas, 10. Derlis Meza Kolli, 11. İqnasio Errera, 15. Ruslan Abışov, 17. Rəhman Hacıyev, 25. Kirilo Petrov, 27. Məqsəd İsayev

Ehtiyat oyunçular: 53. Maksim Vaylo, 3. Mateo Mujek, 8. Emin Mahmudov, 16. Pavel Dreksa, 19. Fəhmin Muradbəyli, 21. Məhəmməd Mirzəbəyov, 23. Tərzin Cahangirov, 97. Elnur Cəfərov

Baş məşqçi: Tərlan Əhmədov

 

1.

Qarabağ

5

5

0

0

12-3

15

2.

Zirə

6

4

2

0

12-5

14

3.

Qəbələ

6

4

1

1

10-6

13

4.

İnter

6

2

2

2

7-7

8

5.

Sumqayıt

6

2

1

3

6-10

7

6

Səbail

5

2

0

3

4-6

6

7.

Neftçi

6

0

1

5

3-9

1

8.

Kəpəz

6

0

1

5

3-11

1

 

Bombardirlər: Mahir Mədətov ("Qarabağ")  – 5.

 

0